Azərbaycana daha bir təhlükə yaxınlaşır — Siyahıda 39 ölkə var…

Alimlərin proqnozlarına görə, 39 ölkədə, o cümlədən Azərbaycanda su qıtlığı ehtimalı var.

XALQ.AZ xəbər verir ki, respublikadakı su anbarlarının tutumu 21 milyard kub metr olsa da, bu rəqəm 4 milyard kub metr azalıb.

Bu isə vəziyyətin getdikcə çətinləşəcəyini istisna etmir. Digər tərəfdən, ölkədə su ehtiyatının miqdarını göstərən dəqiq statistika mövcud deyil. Bu da vəziyyətlə bağlı lazımi tədbirlərin görülməsini çətinləşdirir.