Azərbaycanda əmək kitabçaları ləğv olunur

15

 

Bütün zəruri proqram təminatı artıq hazırdır”.

Yaxın günlərdə Azərbaycanda elektron müqavilələrin elektron rəsmiləşdirilməsi sisteminin tətbiqi başlayacaq, ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cümə axşamı bildirib.

“Bütün zəruri proqram təminatı artıq hazırdır. Biz həmçinin hazırda icra hakimiyyəti orqanları ilə razılaşdırılma mərhələsində olan müvafiq qaydaların işlənilməsini də başa çatdırdıq”, – deyə, o, qeyd edib.

Xalq.az Vesti.Az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu sistemin tətbiqi ilə Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.

“Bu, bütün dünyada qəbul olnumuş təcrübədir. Həmin təcrübə çərçivəsində əmək kitabçalarının yerini elektron bildirişlər tutacaq”, – deyə, nazir söyləyib.

Müslümovun sözlərinə görə, işə qəbul və əmək müqaviləsinin bağlanılması zamanı bütün müvafiq informasiya real zaman rejimində və elektron formada daxil olacaq.