Azərbaycanda atışma-1 ölü, 1 yaralı

 

25

Şəmkirdə silahlı insident olub.

Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, Kür qəsəbəsində baş verən hadisədə bir nəfər ölüb, digəri yaralanıb.

Belə ki, 1982-ci il təvəllüdlü Nazim Abbasov şəxsi münasibətlər zəmnində 1985-ci il təvəllüdlü Rəşad Məmmədovla mübahisə edib. Mübahisə sonradan davaya çevrilib.

Dava zamanı odlu silahdan istifadə edilib. Nəticədə Rəşad Məmmədov aldığı güllə yarasından dünyasını dəyişib. Nazim Abbasov isə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri araşdırılır.