Azərbaycanda avtomobil istehsalı artıb

Avto

Yanvar-avqust ayları ərzində maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 244,6 milyon manatlıq məhsul istehsal edilib

XALQ.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalında 4,4 faiz azalma, avtomobil və qoşquların istehsalında 91,1 faiz, nəqliyyat vasitələrinin istehsalında isə 3,5 dəfə artım müşahidə olunub.

Statistikaya əsasən bu ilin ilk səkkiz ayı ərzində ölkədə 1 771 ədəd minik avtomobili, 180 ədəd yük avtomobili, 874 ədəd traktor istehsal olunub. İstehsal müvafiq olaraq minik avtomobilində 5,4 dəfə, yük avtomobilində 22,4 faiz, traktorda 2 dəfə artıb.