Azərbaycanda baş həkim işdən çıxarıldı

Gəncə şəhər Abbas Səhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad olunub.

XALQ.AZ-ın verdiyi məlumata görə, baş həkimin öz ərizəsi ilə işdən çıxarıldığı bildirilir.

Bildirək ki, Azad Quliyev daha öncə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi işləyib.