Azərbaycanda baş həkim qəzaya düşdü – FOTO

Salyanda baş verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub. 

XALQ.AZ-ın məlumatına görə, qəza zamanı üç nəfər – Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Yaralılardan kəllə-beyin travması alan “Tayota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə – Mərkəzi Klinik Xəstəxanasına yola salınıb. 

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzəm Xəstəxanasının baş həkimidir.

undefined

XALQ.AZ