Azərbaycanda dünyanı narahat edən problemlər müzakirə edilir

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Bu gün Azərbaycan müxtəlif beynəlxalq əhəmiyyətli dövlətləri özündə cəmləşdirən, ölkələri narahat edən məsələlərlə bağlı forumların, konfransların keçirildiyi mühüm bir mərkəzə çevrilib. Bakıda beynəlxalq tədbirlər dünyanın diqqətini özünə cəlb edir. XI Qlobal Bakı Forumu da çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir.

Azərbaycanda 2013-cü ildən keçirilməsinə başlanan Qlobal Bakı forumlarının bu dəfə on birincisi keçirilir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Problemlərin həlli istiqamətində dünyanın tanınmış şəxsləri, liderləri öz fikirlərini və münasibətlərini geniş şəkildə bildirirlər. Bu prosesdə Azərbaycan növbəti dəfə öz ciddi töhfəsini vermiş oldu. Forum Azərbaycanın dünyanı narahat edən problemlərə nə qədər həssas yanaşdığını, nə qədər diqqətlə yanaşdığını bir daha göstərir. Azərbaycanın beynəlxalq imicini və sülhsevərliyini bir daha açıq-aydın göstərir.

Qlobal Bakı Forumu ən müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir beynəlxalq platformadır. XI Qlobal Bakı Forumu zamanı cari qlobal problemlərin həlli yollarının modelləşdirilməsi vacib hesab olunur.

Qlobal Bakı Forumunda müzakirə edilən məsələlərdən biri də iqlim dəşiklikləridir: “Qlobal iqlim dəyişmələri bugünümüzün reallığıdır və onun ağır fəsadları artıq planetimizin çox yerində insanların həyatını təhdid edir. İqlim dəyişikliyi qida təhlükəsizliyini və əlçatan su tədarükünü təhlükə altına alır, iqtisadi itkilərə gətirib çıxarır. Onun eyni zamanda, insanların yer-yurdlarından olması hallarını artıracağı da düşünülür. O cümlədən iqlim dəyişiklikləri Azərbaycanda da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil.

Azərbaycan qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik götürmüşdür. Belə ki, 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35%-ni, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırılmışdır. Bu ilin noyabrında Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransa da iqlim dəyikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaqdır. COP 29-un yüksək səviyyədə keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər vacib olduğunu göstərir”.

Forumda müzakirə olunan mövzular dünya üçün çox əhəmiyyətli məsələlərdir: “Ümumdünya Səhiyyə Təşkilatı COVİD infeksiyasının yeni növlərinə qarşı mübarizənin qlobal şəkildə aparılması üçün çağırışların edəcəyi gözləniləndir. COVİD -19 -un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibdir”.