Azərbaycanda elektrik enerjisi itkiləri 10,5%-ə enib

Ötən 10 il ərzində Azərbaycanda elektrik enerjisi sahəsində itkilərin həcmi 22,5%-dən 10,5%-ə enib.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.

O qeyd edib ki, bu müddət ərzində Azərbaycanda elektrik enerjisi istehsalı 18% artıb: “Azərbaycan artıq elektrik enerjisinin ixracatçısına çevrilib. Ötən 10 ildə bu sahədə 78% artım olub.. Ötən illə müqayisədə bu ilin ilk 9 ayında elektrik enerjisinin hasilatı 3,9% artıb. Növbəti illər üçün yəni 2020 və 2021-ci illərdə müvafiq olaraq 8 və 10%-lik artım gözlənilir”.

Nazir, həmçinin xatırladıb ki, dövlət başçısının tapşırığı ilə ölkə üzrə energetika sektorunun uzunmüddətli inkişaf strategiyası hazırlanır və yeni strategiya bütün enerji sektorunu əhatə edəcək.