Azərbaycanda hansı universitetlərin diplomları tanımır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomu tanınmayan universitetlərin siyahısını saytında yayımlayacaq.

 

XALQ.AX xəbər verir ki, bunu TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Medianın İnkişafı Agentliyinin birgə media nümayəndələri üçün təşkil etdiyi infosessiyada danışan sədr bildirib ki, bəzi vətəndaşların kvalifikasiyası olmayan universitetlərə üz tutduqları üçün TKTA-nın sayında daxili kvalifikasiyası olmayan universitetlərin siyahısı dərc olunacaq: “Vətəndaşlar xaricdə təhsil üçün universitet seçimi edərkən çətinlik çəkirlər və ya bilmədən akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar. Buna görə də, yaxın günlərdə Agentlik həmin universitetlərin siyahısını dərc edəcək. Həmçinin kvalifikasiyadan keçə bilməyən diplomların ekspertiza nəticələri saytda yerləşdirəcək. Burada aşkarlanan uyğunsuzluqların faizi göstəriləcək”.