Azərbaycanda ilan təhlükəsi

1

“Əqrəb dişləməsindən sonra 3 nəfər müraciət edib”.

Azərbaycanda son 20 gün ərzində 10 nəfər ilan sancması ilə KTM-ə müraciət edib.

Xalq.az  xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, aprelin 20-dən bu günədək 10 nəfəri ilan, 5 nəfəri isə müxtəlif növ həşərat sancıb:

“İlan sancmalarının 8-i Bakı və ətrafı kəndlərin payına düşür. Bunlar əsasən Xəzər, Qaradağ, Nizami rayonlarının ərazilərində baş verib. Digər iki ilan sancması isə 1-i Hacıqabul və 1-i Zərdab rayonlarında qeydə alınıb. İlan dişləməsindən zəhərlənən 3 nəfər xəstəxanada, qalan 7 nəfər isə ambulator müalicə olunur”.

A.Maqsudov bildirib ki, sözügedən günlər ərzində hörümçək növü olan qaraqurd 2, əqrəb dişləməsindən sonra isə 3 nəfər KTM-ə müraciət edib:

“Bu hadisələrin hamısı Bakı ətrafı rayonlarda baş verib. Təkcə ötən gün ərzində qaraqurd sancması ilə 1 nəfər Mərdəkan qəsəbə sakini Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib”.