Azərbaycanda kimlər general-polkovnikdir? – Siyahı

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 19-a çatıb. Bundan əvvəl isə, 18 məmura general-polkovnik rütbəsi verilib. 

Sözügedən rütbəylə təltif edilən şəxslərin  adlarını təqdim edirik:

1. Zakir Həsənov – Müdafiə naziri

2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

3. Ramil Usubov – Eks Daxili İşlər naziri,  Prezident yanında Təhlükəsizlik Şurasının katibi 

4. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri

5. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi

6. Vaqif Axundov –  Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi

7. Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi

8. Namiq Abbasov – Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri

9. Səfər Əbiyev – Sabiq Müdafiə naziri

10. Eldar Mahmudov – sabiq Milli Təhlükəsizlik naziri

11. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

12. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri

13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik)

16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri

17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri

18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini

19. Vilayət Eyvazov – Daxili İşlər naziri