Azərbaycanda kişi özünü güllələdi

Tufeng

Şabran sakini tüfənglə özünü öldürüb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün baş verib.

Şabran rayon sakini Əjdər Soltanov yaşadığı evdə tüfəngdən atəş açaraq özünü öldürüb.

Hadisə yerindən ona məxsus “İJ-27” markalı ov tüfəngi götürülüb.

Onun hansı səbəbdən özünü öldürməsi məlum deyil.

Faktla bağlı cinayət işi başalnıb, araşdırma aparılır.