Azərbaycanda lotereya oyunları dayandırıldı

İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC sabahdan tirajlı lotereya oyunlarını müvəqqəti dayandırır.

XALQ.AZ xəbər verir ki, bu addım Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar qəbul etdiyi qərara uyğun olaraq atılır. Oyunlarda fasilə karantin rejimi bitənə qədər davam edəcək.