Azərbaycanda məktəblilər zəhərləndi

Suxari

Azərbaycanda orta məktəbdə kütləvi zəhərlənmə baş verib.

Tovuz rayonunun Vahidli kəndində orta məktəbdə uşaqlar arasında zəhərlənmə baş verib. Zərərçəkənlərin valideynlərinin verdiyi məlumata görə, 7 uşaq məktəbdə suxarı yedikdən sonra onlarda ürəkbulanma, qusma halları baş verib.

XALQ.AZ Kəpəz TV-yə istinadən xəbər verir ki, dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib. Onlardan 2-nə, 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadəyə vəziyyətləri daha ağır olduğu üçün sistem köçürülüb.

Tovuz Mərkəzi Rayon Xəstəxanasının həkimi Aybəniz Dəmirovanın verdiyi məlumata görə, hazırda xəstələrin vəziyyəti normaldır.