Azərbaycanda məmur məmuru bıçaqladı

Bicaq

Ötən gün Şəmkir rayonunda məmurlar arasında mübahisə qan tökülməsi ilə nəticələnib. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, hadisə axşam saatlarında qeydə alınıb.

Belə ki, rayonun Düyərli kəndində rayon Maliyyə İdarəsinin sədri Nazim Məlikov Düyərli kənd Bələdiyyəsinin sədr müavini Zakir Tağıyevi bel, kürək və baş nahiyyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Qanlı cinayət törədən Nazim Məlikov polis bölməsinə aparılıb. Sonradan o sərbəst buraxılıb.

İlkin məlumata görə, hadisəyə torpaq üstündə yaranan anlaşılmazlıq səbəb olub.

Qeyd edək ki, Nazim Məlikov ilə Zakir Tağıyevin qohumluq əlaqələri də var. Hadisəni törədərkən Nazim Məlikov sərxoş olub.