Azərbaycanda nazir müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.

Hələlik onun yerinə təyinat yoxdur.