Azərbaycanda növbəti həftələrdə yoluxma artacaq

“Azərbaycanda xəstələrin vəziyyəti ötən aylarla müqayisədə daha da pisləşib”.


XALQ.AZ-ın xəbərinə görə, bu sözləri Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.


Onun sözlərinə görə, artıq yoluxanların sayı o qədər artıb ki, reanimasiyalar doludur:

 
“Həkimlər çox pis vəziyyətdədirlər. Onların bəziləri çarəsizlikdən ağlayırlar. İnsanlar isə ağırlaşandan sonra həkimə müraciət edirlər. Bu günlərdə hər kəs özünü gözləməlidir. Hesab edirəm ki, növbəti həftələrdə günlük yoluxma 700-dən çox olacaq”.(medicina.az)