Azərbaycanda peşəkar oğru ələ keçdi

Ogru-1

Azərbaycanda uzun müddət oğurluqla məşğul olan şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fuad Hüseynov yaxalanıb.

Müəyyən edilib ki, o, 2013-cü il dekabrın 28-də Badamdar küçəsində yaşayan Soltan Qəribova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlayıb. O, bu il aprelin 21-nə keçən gecə Qazolin küçəsində yerləşən Neft Qaz Texniki Xidmətlər Şirkətinin anbarından tikinti alətləri, avqustun 3-də Şıx çimərliyində Famil Məmmədovun, Sevindik Şirinovun pulunu, mobil telefonu, geyim əşyalarını götürüb.

Bundan başqa, o, avqustun 9-da Salyan yolunda yaşayan Turqut Əhmədovun evindən mobil telefon, avqustun 13-də isə həmin ərazidə yerləşən kafedə Elvin Babayevin cibindən mobil telefonu oğurlayıb.