Azərbaycanda polisin evi yandı

Yangin

Bu gün səhər saat 06:00 radələrində Sabirabad rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın rayonun Ətcələr kəndində fərdi evlərin birində qeydə alınıb.

Belə ki, Niyaməddin İbrahim oğlu İbrahimova məxsus evin dəhlizində, dam örtüyündə başlayan yanğın sonradan digər otaqlara da keçib. Hadisə barədə yanğınsöndürənlərə məlumat verilib. Hadisə yerinə 3 yanğınsöndürən cəlb olunub və alovun qarşısı alınıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisə elektrik qısaqapanmasından baş verib.

Qeyd edək ki, Niyaməddin İbrahimov Respublika Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayon Polis Şöbəsinin yol polisi bölməsinin rəis müavini vəzifəsində çalışır.