Azərbaycanda postpandemiya və yeni strateji dövrün çağırışları həyata keçirilir

“Azərbaycanın peşəkar kadr potensialının gücləndirilməsinə həmçinin raqabət və inkişaf mühitinin dinamikliyinin artırılmasında bu sərəncamın böyük tövhəsi olacaq”.

Bunu çıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, texnik elmləri üzrə fəlsəfə doktoru Sadiq Qurbanov Prezidentin Azərbaycan gənclərinin nüfuzlu xarici təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında sərəncamını şərh edərkən bildirib.

O qeyd edib ki, cənab Prezidentin uzun illər davam edən neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının tərkib hissəsi olan bu sərəncam Azərbaycan gənc kadr potensialının artırılmasında mühüm rol oynayacaq.

S.Qurbanovun sözlərinə görə sözgedən sərəncamın postpandemiya və yeni starteji dövrün çağırışlarının nəzərə alınmaqla yüksək intellektli şəxslərin cəmiyyətin əsas güc mənbəyinə çevrilməsi o cümlədən ölkənin rəqabət və inkişaf sahəsində sürətli irəliləmənin təmin olunması istiqamətində atılmış çox mühüm addımdır.

Komitə sədri onu da xüsusi olaraq vurğulayıb ki, hazırki sərəncam Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinin tərkib hissəsi olan növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı prioritetlərinin gerçəkləşməsində əvəzedilməz qatqısı olacaq.