Azərbaycanda qızıl hasilatı artıb

 

33

 

Yanvar-avqust ayları ərzində Azərbaycanda 1161,8 kq qızıl, 210,5 kq gümüş hasil olunub

 

XALQ.AZ  Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatında 19,4 faiz artım, gümüş hasilatında isə əksinə 54,5 faiz azalma deməkdir.
Qeyd edək ki, hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış “Production Sharing Agreement” (“Hasilatın Pay Bölgüsü Sazişi”) müqaviləsi çərçivəsində “Gədəbəy” və “Qoşa” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.
Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis hasilatı planlaşdırılır.
Bildirək ki, 2013-cü ildə ölkədə qızıl hasilatı 1 619,2 kq təşkil edib.