Azərbaycanda “Şəhidlər həftəsi” qeyd olunsun – Məlahət İbrahimqızı

Azərbaycanda “Şəhidlər həftəsi”nin olması təklif olunub.

XALQ.AZ xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı çıxış edib.

Sədr müavini ildə bir dəfə Azərbaycanda “Şəhidlər həftəsi”nin qeyd olunmasını təklif edib:

“Hesab edirəm ki, bu, vətənpərvərlik ruhunun möhkəmləndirilməsində xüsusi bir rol oynayacaq”.