Bu il Azərbaycanda seçkilər keçiriləcək? Büdcəyə əlavə vəsait təyin olundu

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsində seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri ilə bağlı proqnoz 46 milyon 730.2 min manata kimi artırılır.

XALQ.AZ məlumat verir ki,  bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 53% və ya 16 milyon 199.2 min manat çoxdur.

Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri 30 milyon 531 min manat proqnozlaşdırılıb.