Azərbaycanda “TikTok” BAĞLANDI

Ölkə ərazisində  “TikTok”un fəaliyyəti  dayanıb.

Bu sosial şəbəkə platformasında hazırda heç bir əməliyyat aparmaq mümkün deyil.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hazırda Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur.

Xəbərdə bildirilir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur.