Azərbaycanda virusa yoluxmanın artma səbəbləri

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 2 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı yoluxmaların artmasının səbəbindən də danışıb:

“Yoluxma saylarının artmasını təbii qəbul edirik. Biz sərt karantin rejimindən çıxışda bunu gözləyirdik.

Təəsüflər olsun ki, biz ictimai nəqliyyatda, iş yerlərində, bankların qarşısında və s yerlərdə insanların sosial məsafəni gözləmədiyini və tibbi maska taxmadığını görürük. Bu da yoluxmaların artmasına gətirib çıxarır”