Azərbaycanda viza rejimini sadələşdirəcək

5

 

Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa İttifaqının (Aİ) Azərbaycanla viza rejiminin sadələşdirilməsi prosedurunun ləngidilməsinə mü

Xalq.az xəbər verir ki, N.Məmmədov özünün Twitter səhifəsində bu məsələyə münasibətini belə ifadə edib:

“Avropa İttifaqı ölkələri ilə ən sıx və strateji əməkdaşlıqda ön sırada olan Azərbaycan, viza rejiminin sadələşdirilməsi məsələsində sonuncudur”.

Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş ötən il noyabrın 28-də Litvanın paytaxtı Vilnüsdə keçirilən “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzalayıblar.

Sənəd bu il Azərbaycanla Aİ arasında readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minəcək.