Azərbaycanda zəlzələ oldu

74

 

Bu gecə Azərbaycanın Şamaxı rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumta görə, yeraltı təkanlar Bakı vaxtıyla saat 00.25-də qeydə alınıb.

Piriquludan 28 km şimal-qərbdə baş vermiş zəlzələ maqnituda 3.0 bal gücündə hiss olunub.

15 km dərinlikdə baş vermiş yeraltı təkanlar hiss edilməyib.

Zəlzələ nəticəsində baş vermiş dağıntı və insan tələfatı barədə məlumat verilməyib.