Azərbaycandan Avropaya viza rejimi aradan qaldırılacaq

02
Yaxın zamanda Azərbaycanla Avropa İttifaqı arasında viza prosedurlarının sadələşdirilməsi və readmissiya sazişinin imzalanacağı gözlənilir

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev İsveçrə Konfederasiyasının Miqrasiya üzrə Federal ofisinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüşmüşdür.
DMX-dən AzərTAc-a bildirmişlər ki, Pərviz Musayev hazırkı dövrə qədər Azərbaycanda miqrasiya proseslərinin ümumi vəziyyəti, Xidmətin fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat vermişdir.
İsveçrə Konfederasiyasının Miqrasiya üzrə Federal ofisinin Beynəlxalq əməkdaşlıq direktorluğunun üçüncü ölkə və mənşə ölkələri şöbəsinin rəhbəri Karl Lorens yaxın zamanda Azərbaycanla Avropa İttifaqı arasında viza prosedurlarının sadələşdirilməsi və readmissiya sazişinin imzalanacağının nəzərdə tutulduğunu bildirmişdir. Qeyd etmişdir ki, saziş imzalandıqdan sonra müvafiq sahələr üzrə iki tərəf arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılacağı nəzərdə tutulmuşdur.
Görüşdə Dövlət Miqrasiya Xidməti və İsveçrə Konfederasiyasının Miqrasiya üzrə Federal ofisi arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.