Azərbaycandan gedən erməni əsirdən xəbər var

Ermeni

Azərbaycandan üçüncü ölkəyə təhvil verilən erməni hərbi əsir Akop İnciqulyan yaxınları ilə əlaqa saxlayıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə A.İnciqulyanın qardaşı məlumat verib. O, Akop İnciqulyanın heç bir probleminin olmadığını söyləyib:

“Qardaşımla danışdıq. O, özünü yaxşı hiss etdiyini və səhhəti ilə bağlı heç bir probleminin olmadığını söylədi. Hazırda o, Cenevrədədir. Ümid edirik o, evə qayıdacaq”.

Qeyd edək ki, iki gün öncə Akop İnciqulyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib.

Xatırladaq ki, A.İnciqulyan 2013-cü il, avqustun 8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub.