Azərbaycanın 180-dən çox kitab yazan yazıçısı

Cingiz

Peşəcə hüquqşünas olsa da, əsərlərinin baş qəhrəmanı Dronqonun taleyini yaşamaq ona qismət olmadı. O, yazıçı olmağı üstün tutdu. Özü də detektiv əsərlər yazan yazıçı. Dolayısı yolla da olsa, ixtisasının gücünü qələmində göstərən Çingiz Abdullayev bu günə kimi 180-dən çox kitab yazıb. Əsərlərində insanları müxtəlif vəziyyətlərdə sınağa çəkən yazıçı, qəhrəmanına nə qədər əzab versə də, sonda hər zaman onları qoruyur. Çünki ölümü sevmir. Çünki o, ölümdən sonrakı dünyaya inanmır. Yazıçı deyir ki, insan nə yaşadısa, elə bu dünyada yaşıyır. Bəlkə də qəhrəmanlarını qorumaqda səbəbi, onun içində olan yazıçı yox, hüquqşünas tərəfidi.

Dünyanın müxtəlif yerlərində kitabları satılan Çingiz Abdullayev Qarabağ geri alınmayana qədər kitablardan gələn gəliri götürməyəcəyini deyir. Bunu ölkəsi qarşısında özünə bir borc bilir. Əslində mənim kimi yazıçının kitablarını oxuyan hər kəs ona borcludur. İnsanların simalarını, onun nəyə qadir olduğunu öz əsərlərində bizə başa saldığı üçün. Dünyanın bir çox ölkəsində olmasına baxmayaraq hər dəfə ondan, “Ən yaxşı şəhər hansıdır?” sualına “Bakı” deyərək cavab verdiyi üçün. Ömrünün və vaxtının çox hissəsini biz oxucular üçün kitab yazdığı üçün. “Yaxşı kitab insana kömək etməlidir”, deyir yazıçı. Həyatda özünü saxlamaq, özünün yaşamını qurmaqda kömək etməlidir. Sizin də kitablarınız bizə kömək edir, Çingiz müəllim. İnsanları tanımaqda, onların hansı və neçə üzə sahib olduqlarını anlamağa kömək edir.

55 yaşını qeyd edən Çingiz Abdullayev sevdiyim yazıçı Rey Bredberinin 90 illik yubileyi olanda onu 1 milyondan çox adam təbrik etmişdi. Məni 1 milyon adam təbrik edəndə bilərəm ki, məşhuram, demişdi. Biz isə Sizə həm 1 milyon təbrik, həm də 100 yaşamağı arzu edirik. Doğum gününüz müabrək.