Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyəti – SİYAHI

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Bu barədə XALQ.Az-a Milli Məclisdən xəbər verilib. Bildirilib ki, AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra 30 aprel tarixinə təyin edilmiş ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi artıq bəllidir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov – nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.

Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.