Qənirə Paşayeva görüş keçirdi

Ölkəmizdə səfərdə olan KGK Küresel Gazeteciler Konseyinin rəhbəri Mehmet Ali Dim , Türkiyənin tanınmış şair, yazar və aydınları millət vəkili Q.Paşayeva ilə görüşdə hər zaman Azərbaycanın yanındayıq deyiblər
IX Şairlər günü çərçivəsində ölkəmizə səfər etmiş Türk dünyasından olan şair, yazar, aydınlar millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva ilə görüşüblər. Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və toplumlarımızın, böyüyən gənc nəsillərimizin və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türk dünyasının şair, yazar və ziyalıları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb. Türk dünyasından gəlmiş türk yazar, şair və aydınlar ilə görüşdə millət vəkili Q.Paşayeva ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq deyib və bu məsələdə yazarların, şairlərin, yazarların, aydınların üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları yaradıcılıqlarında bu mövzulara daha geniş yer verməyə çağırıb. Q. Paşayeva görüş zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ziyaların, aydınların üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva daha fəal olmalıyıq deyib. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən Türk dünyasından olan şair, yazar, aydınlar hər zaman Azərbaycanın yanındayıq deyiblər və geniş fikir mübadiləsi aparılırb. Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova iştirak edib. KGK Küresel Gazeteciler Konseyinin rəhbəri Mehmet Ali Dim və dərnəyin üzvü Elşad Eyvazlı millət vəkili Q.Paşayeva ilə görüşüblər, bir millər iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığı, əlaqələri, əməkdaşlığı, Qarabağ həqiqətləri, Xocalı soyqırımı mövzuları ətrafında, həmçinin KİV arasında əməkdaşlığın daha da artırılması ilə bağlı geniş fikir mübadiləsi olub.