Azərbaycanın yeni qələbələrin, uğurların kökündə “Əsrin müqaviləsi və uğurlu enerji siyasəti dayanır”.

27 il öncə imzalanan “Əsrin müqaviləsi” təkcə Avrasiyanın enerji xəritəsini dəyişmədi, həyata keçirilən uğurlu enerji siyasəti Azərbaycanın güclü iqtisadiyyata və orduya sahib bir ölkəyə çevrilməsinə səbəb oldu. Uğurlu neft stratgiyası eyni zamanda işğal altında olan torpaqlarımızın işğaldan azad olmasının da təməlini qoydu”.

 Bunu açıqlamasıda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam  Yusifov deyib.

Onun sözlərinə görə, “Əsrin müqaviləsi” ilk növbədə Azərbaycanda siyasi, iqtisadi böhranın aradan qalxıb, sabitliyin, siyasi, iqtisadi təhlükəsizliyin  təmin olunmasında, o cümlədən  dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı.

O əlavə edib ki,  “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaradıb:

““Əsrin müqaviləsi”nin imzalanmasından keçən müddətdə ümummilli lider Heydər Əliyevin Yeni neft strategiyasının çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilib. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən, XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin, TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılmasında Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, “XXI əsrin layihəsi” hesab edilən “Şahdəniz-2” layihəsinin reallaşdırılması da əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır.

 Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğrulu enerji siyasəti  nəticə etibarı ilə  Azərbaycanın dünyada və beynəlxalq aləmdə nüfuznun artmasına, möhkəmlənməsinə, bu da öz növbəsində işğal altında torpaqlarımızın azad olunmasına   gətirib çıxardı. Neft və qaz gəlirlərindən əldə edilən gəlirləri hesabəna təkcə iqtisadiyyatımı deyil, ordumuz dünyanən güclü ordularından birinə çevrildi.

Ölkə başçısının son 17 il ərzində dahiyanə uzaqgörənlik və uğurla həyata keçirdiyi siyasət nəticəsində respublikamızda davamlı və dayanıqlı iqtisadiyyat yaradılıb, əhalinin sosial rifahı əsaslı surətdə yaxşılaşıb, ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə edilib, arsenalını ən modern silah və hərbi texnika ilə zənginləşdirən güclü, peşəkar Azərabycan Ordusu formalaşıb. Məhz bunun nəticəsində ötən il 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan ordusu  ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  faşist Ermənistanı üzərində tarixi Zəfər qazanaraq torpaqlaırmızı işğaldan azad edib.

Prezident İlham Əliyev dəfərlərlə bəyan edib ki, düşünülmüş iqtisadi siyasət və neft strategiyası nəticəsində Azərbaycanın bundan sonrakı inkişaf dövrü də uğurlu olacaq: “Bu gün böyük sevinc hissi ilə deyə bilərik ki, artıq Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyildir. Halbuki, bundan sonra da uzun illər ərzində neft və qaz amili Azərbaycanın həm iqtisadi maraqlarını təmin edəcək, həm dünyadakı mövqelərimizi möhkəmləndirəcəkdir. Ümumiyyətlə, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün bu amil uzun illər öz rolunu oynayacaqdır. Ancaq bununla bərabər, bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı da çox sürətlə gedir. Buna təkan verən məhz neft siyasəti, neft strategiyası olmuşdur”. Son olaraq onu deyə bilərik ki, Azərbaycanın indiyədək əldə edilən və bundan sonra da qazanılacaq yeni-yeni qələbələrin, uğurların kökündə “Əsrin müqaviləsi və uğurlu enerji siyasəti dayanır”.