Azərbaycanın yeni səfirliyi açılacaq

Azərbaycanın Kubada yeni səfirliyi təsis edilir.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanunu layihəsi barədə məsələ parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.

Səfirlik Kubanın paytaxtı Havana  şəhərində olacaq.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, indiyə qədər Azərbaycan Kubada diplomatik nümayəndəliklə təmsil olunur.