Azərbaycanla İsrail arasında viza sadələşdirilir

 

85

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” qanununun layihəsini müzakirəyə çıxarıb.

Bu barədə Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov məlumat verib. Saziş deputatlara təqdim edib.

“Siyasi və beynəlxalq baxımından bu saziş xüsusi vurğulanmalıdır. Bu gün Azərbaycan İsrail arasında münasibətlər yüksək müstəviyə qalxıb. Azərbaycanın haqq səsini yayan və Azərbaycana bu məsələdə xüsusi dəstək verən İsrail hökuməti öz siyasətini açıqlayıb. Davosda Azərbaycan prezidentinin İsrail prezidenti və baş naziri ilə görüşləri bir daha göstərir ki, münasibətlər yeni mərhələyə qalxıb. Bu gün Azərbaycan məmurları, sıravi vətəndaşları tez-tez İsrailə gedirlər. Eləcə də oradan Azərbaycana gəlirlər. Bu sazişin təsdiq olunması münasibətləri bir qədər də dərinləşdirəcək. Mən hesab edirəm ki, bu məsələ Azərbaycanın siyasi, iqtisadi mənada maraqlarına cavab verir”, deyə S.Seyidov bildirib.