Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq  və qardaşlıq əlaqələri qədim tarixə malikdir

Dostluq münasibətləri təkcə insanlar arasında yox eyni zamanda da dövlətlər arasında da olur. Azərbaycan Türkiyə dostluğu da belədir.

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq  və qardaşlıq əlaqələri çox qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dayaq, dəstək olmuş, sıx əməkdaşlıq etmişdir.  Ulu öndərimizin də   dediyi kimi, “bir millət, iki dövlət” olmuşlar. Təsadüfi deyildir ki,  Mustafa Kamal Atatürk  Türkiyə dövlətinin müdrik şəxsiyyəti Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri kimi hesab etmişdir. Türk dünyasının tarixində öz izlərini qoymuş bu  iki lider öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj buraxmışlar : Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Onu da qeyd edim ki , Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq , qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərməkdədir . Bunun əsas səbəbləri kimi Türkiyənin hal- hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasını göstərə bilərik.  Azərbaycanın  isə iqtisadiyyatın sürət tempinə və eyni zamanda iri infrastruktur  layihələrin həyata keçirilməsində həmçinin də uğurlu islahatların aparıldığı regionda lider dövlətə çevrilməsidir. .

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac neft-qaz kəmərlərinin uğurla  fəaliyyət göstərməsi  bölgədəki inkişafa öz  böyük təsir göstərməkdədir . Başqa  iri bir layihənin, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də  hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir.

1918-ci ildə Nuru Paşanın başçılığı  ilə  uzun çəkən müharibələr nəticəsində Türk Qafqaz İslam Ordusunun Bakını müharibədən  xilas etməsi Azərbaycan üçün çox əhəmiyyətli dönüş nöqtəsi olmuşdur.  Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında  ən yüksək səviyyədə inkişaf edir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərlər edir . Hər iki ölkədə  səfər böyük təntənə ilə qarşılanır. Bu səfərlərin hər birində  iki dost-qardaş ölkə arasında bütün sahələrdə  sıx əməkdaşlıq daha da güclənir. Türkiyə bu gün dünya arenasında  güc mərkəzi kimi, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox böyük önəm daşıyır. Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymadı.  Bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin bizə mane ola bilməyəcəyini bəyan etdi . Müharibənin ilk günlərindən etibarən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan  heç vaxt yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər etdi.  Yanımızda olduqlarını nümayiş etdirdilər və Azərbaycana dəstək verdilər. Bu, Azərbaycan üçün  çox böyük siyasi və  həmçinin mənəvi dəstək oldu.

 

Mamedova Fəridə YAP-ın üzvü