Azərbaycanlı ixtiraçının işi plagiat çıxmadı

Alim

“Sabahın alimi” müsabiqəsinin iştirakçısı olan, amma müsabiqədə qalibiyyət qazana bilməyən 11-ci sinif şagirdi Əminə Əmirxanlının elmi işi plagiat deyilmiş. ANS PRESS-in məlumatına görə, Əminə təqdim etdiyi ixtirasının plagiat olub – olmadığına aydınlıq gətirilməsi üçün nazirliyə müraciət etmişdi. Nazirlik onun müraciətini araşdıraraq elmi işi plagiat olmadığını, amma texniki baxımdan tam əsalı olmadığına görə onun işi qəbul olunmadığına aydınlıq gətirib.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Mikayıl Cabbarov şəxsən bu işlə məşğul olmaq üçün şəxsən tapşırıq verib. “Artıq məlum olub ki, Əminə Əmirxanlının elmi işi plagiat deyil və gənc alim 46, 7 bal toplayıb”.
Onun sözlərinə görə, Əminə özü bundan əvvəlki iki dəfə bu cür müsabiqələrdə iştirak edib və iki dəfə birinci yerə layiq görülüb.

Özü də tədbirdə iştirak edən Əminə Əmirxanlı nazirliyin çıxardığı qərarla razılaşdığını söylədi: “Bu gün işimlə əlaqəli və plagiat adlandırıldığı məsələ ilə görüşlərdə iştirak etdim. Təqdim etdiyim işin Azərbaycan dilində bəzi tarixlərə istinad etmədiyimə görə texniki səbəblərdən təqdim etdiyim iş plagiat adlanmışdı. Amma artıq hər bir şey öz yerini tapdı mən və elmi işinin rəhbəri Lissabon texniki universitetinin elmi işçisi Kamran Mahmudov qərardan razıyıq. Elmi işim plagiat hesab edilmədi”.

Xatırladaq ki, “Sabahın alimi” müsabiqəsinin iştirakçısı olan amma müsabiqədə qalibiyyət qazana bilməyən 11-ci sinif şagirdi Əminə Əmirxanlının layihəsinin müsabiqədən uzaqlaşdırılmışdı. Elmi müsabiqədən kənarlaşdırılan yeniyetməyə, elmi yeniliyi plagiat olduğu deyilmişdi. Amma Əminənin Lissabon texniki universitetində çalışan elmi rəhbəri Kamran Mahmudov yeniliyin plagiat olmadığını və bunu münsiflər heyətinə sübut edə biləcəyini demişdi.

“Sabahın alimi” müsabiqəsinin alimlərdən ibarət münsiflər heyəti Əminə Əmirxanlının layihəsini onun elmi rəhbəri ilə birlikdə müzakirə ediblər. Müzakirələr nəticəsində məlum olub ki, ingilis və Azərbaycan dillərində yayılan layihənin ana dilimizdə olan versiyasında bəzi çatışmazlıqlar var. Yəni ingilis dili variantında istinad mənbəyi olan ədəbiyyat siyahısı göstərilsə də, Azərbaycan dilində yazılan versiyasında istinad mənbələri dəqiq göstərilməyib.