Azərbaycanlı milyarderin doğum günündən görüntülər (VİDEO)

Rusiya və Türkiyədə biznes sahəsində özünü tanıtmağı bacaran azərbaycanlı milyarder Telman İsmayılov yenidən diqqət mərkəzindədir.
XALQ.AZ-ın məlumatına görə, dünya məşhurlarını doğum günü və tədbirlərində ətrafına toplayan və şənlənən iş adamı Telman İsmayılov bu il də ad gününü ənənəvi şəkildə keçirib.

Daha çox AST Telman ləqəbi ilə tanınan İsmayılovun xoş günündə seçmə qonaqları Rusiyanın xalq artisti, məşhur müğənni Alla Puqaçova əyləndirib. Sənətçi bir-birinin ardı ilə sevilən mahnılarını səsləndirdiyi zaman Telman bəy də rəqs edib. Alla Puqaçova məşhur iş adamına olan ürək sözlərini bildirərək təbrikini çatdırıb.

Qeyd edək ki, gecədə Alla ilə yanaşı onun həyat yoldaşı, yumor aktyoru Maksim Qalkin də iştirak edib. Əslən yəhudi olan T. İsmayılov hər zaman olduğu kimi bu il də dəbdəbəli tədbiri ilə yadda qalıb.

Qeyd edək ki, AST Telmanın ad gününün oktaybr ayının 26-da keçirilməsinə baxmayaraq bu görüntülər Youtube-də yeni yayımlanıb.

Həmin videonu sizə təqdim edirik: