Azərbaycanlı qız koreyalı ilə evləndi-Fotolar

Azərbaycanlı gənc Nigar Eyyubova Cənubi Koreyada ailə həyatı qurub.

XALQ.AZ məkumat verir ki, bu barədə N.Eyyubova özünün sosial şəbəkə hesabında paylaşım edib. 


O, Cənubi Koreya vətəndaşı olan Çoi Yonn Seuq adlı şəxslə evlənib. Toy Cənubi Koreya adətlərinə uyğun şəkildə təşkil edilib. Məclisdə Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov və digər qonaqlar da iştirak ediblər.  
 

Qeyd edək ki, Nigar Eyyubova bir müddət öncə Cənubi Koreyaya köçüb, orada təhsil alıb. Həmyerlimiz təhsilini bitirəndən sonra paytaxt Seul şəhərində fəaliyyətini davam etdirmək qərarına gəlib.modern.az