Azərbaycanlı yazıçı vəfat etdi

Azərbaycanlı tədqiqatçı, yazıçı-publisist Ayaz Əhmədov vəfat edib.

 

XALQ.AZ  xəbər verir ki, bu barədə “Report”a A.Əhmədovun ailə üzvləri məlumat verib.

Məlumata görə, yazar ötən axşam saatlarında 79 yaşında yaşadığı Lənkəran rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Vahab oğlu Əhmədov 12 may 1939-cu ildə Lənkəran rayonunun Göyşaban kəndində anadan olub. O, “Report”un əməkdaşı, jurnalist Asəf Əhmədovun atasıdır.

Allah rəhmət eləsin!

Azərbaycanlı yazıçı vəfat etdi

Orxan