Azərbaycanlılar Türkiyədən bu yolla gətiriləcək

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından, Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı bu gün əlavə məlumat veriləcəkdir.

XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, sözügedən şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.