“Azəriqaz”ın direktorunun biznes şəbəkəsi aşkar olundu-Fotolar

“Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyində satış və istismar üzrə müavini onun tələbə yoldaşı Cahid Hüseynovla şərikli biznesi var. Belə ki, Ruslan Əliyevlə Cahid Hüseynovu birləşdirən əsas maraq onların hektarlarla istixana kompleksinə sahib olmasıdır.

Bu barədə “Azəriqaz”dakı mənbədən məlumat daxil olub.

Xatırladaq ki, Cahid Hüseynovun 2 hektarda istixana kompleksi var. Həmin komplekslərdə qaz sayğacından ya istifadə edilmir, ya da ciddi qanun pozuntuları nəticəsində qazpulunun həcmi azaldılır. Onun digər sahələrdə də bizneslə məşğul olduğu deyilir. Adının çəkilməsini istəməyən mənbə onu da bildirir ki, Cahid Hüseynov eyni zamanda qaz sayğaclarına da nəzarəti həyata keçirir. Əlbəttə, deyilən faktlar hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmaldıır.\

Son məlumata görə Azəriqaz İB istixana sahibkarlıq subyektlər sahibləri üçün güzəşt tətbiq edilib. Bu da onu deməyə əsas verir ki, şəxsi bizneslərinin güzəşt edilməsi rəhbərliyin öz maraqlarını dairəsindədir.

Qeyd edək ki, Cahid Hüseynovun bir qardaşı da vaxtilə Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışmış Cəfər Hüseynov olub. Mediada dərc edilən məlumatlara görə, o zaman Cəfər Hüseynov işində yol verdiyi nöqsanlara və maliyyə yeyintilərinə görə vəzifəsindən kənarlaşdırılıb.