“AZƏRİŞIQ”ın işçiləri xidmət göstərir yoxsa qoçuluq edir?

“AZƏRİŞIQ”ın Xəzər rayonu Binə qəsəbəsində ki, işçiləri xidmət göstərir yoxsa qoçuluq edirlər?

Mütəmadi sosial şəbəkələrdə,həmçinin elektron mediada AZƏRİŞIQ -ın fəaliyyəti barədə müxtəlif xoşəqəlməz xəbərlər yazılır. Abonentlər daim işıq kəsintisindən şikayətçidirlər.
Bakının müxtəlif rayonlarında hətta bölgələrdə belə davam edən problemlər düzəlmək bilmir.
Hava şəraiti ilə əlaqədar daim mənzillərə, evlərə elektirk enerjisinin verilişi kəsinti ilə olar. “Azərişıq”-ın qaynar xətti ilə əlaqə saxlamaq qəti mümkün olmur.Səbəb isə mütəmadi fərqli fərqli ərazilərdə kəsinti olması müşahidə olunur.
XALQ.AZ-ın araşdırmalarına görə Paytaxtın Xəzər rayon Binə qəsəbəsində isə bu mütəmadi təkrar olunur. İdarəyə müraciət etdikdə isə qəza baş verib düzələcək cavabı verilir. Axı bu dövlət büdcəsində ayrılan vəsaitlər şəxsi təlabatlarınız ödənməsi üçün deyil ki bunu istifadə edirsiz. Büdcədən ayrılan vəsaitlə keyfiyyətli materiallar alınıb təmir olunsa bu davamlı qəzaların baş verməsi olmaz.
Bütün bunlara rağmən əhalidən elektrik enerjisinin yığım qaydasın qoçu dəstəsi tərəfindən həyata keçirilir hər ayın son günü xırda məbləğdə borcu olanında qəddarlıq nümayiş etdirilib elektrik dirəyindən elektirk enerjisinin verilməsi dayandırılır. Pul ödədikdən 1 gün sonra xahiş minnətlə kran gəlib elektirk enerjisinin verilişini bərpa etmek olur.
Bu davranış təkcə Xəzər rayon Binə qəsəbəsi ərazisində baş vermir paytaxtın müxtəlif ərazilərində və bölgələrdədə təkrarlanır.
Butun qeyd olunanlar əhalini ciddi narahat edir. Əgər dövlətin mütərəqqi qanunları varsa AZƏRİŞIQ öz yaratdığı qanularla niyə çalışmalıdır? Niyə elektrik enerjisinin verilişi qəbz verilmədən, xəbərdarlıq olunmadan elektrik dirəyindən açılmalıdır. Onsuzda əhalinin sosial qayğıları, ərzaq və digər məhsulların hər gün bahalaşması müşahidə olunur və insalar çox çətinkilklə yaşayırlar.
İnsanları çətin duruma salan AZƏRİŞIQ rəhbərliyi niyə ərazilərdə məsul şəxslərə hesab qoyaraq yığımı nə cür aparırsan apar ancaq bu məbləqdə pul ödə üslubu ilə fəaliyyət göstərməlidir?
Bütün bunların cavabların AZƏRİŞIQ açıqlamadı.
Mövzü ilə bağlı araşdırmalarımız davam etdiririk.