Azad Rəhimov 8 azərbaycanlını Ermənistan göndərir

 

16

Ermənistanın Armavir vilayətinin Arşalyus bölgəsində 21 iyulda keçiriləcək Avropa oxçuluq yarışmasına Azərbaycan da dəvət olunub.

Bu barədə erməni KİV-lərinə Ermənistanın Oxçuluq Federasiyasının prezidenti Boris Vasilyan məlumat verib. O bildirib ki, Avropa ölkələri ilə yanaşı Türkiyə və Azərbaycanın da yarışda iştirak edəcəyi gözlənilir.

Azərbaycan Gənclər və İdman Nazirliyindən modern.az-a xəbəri təsdiqləyiblər. Bildirilib ki, idmançılarımız həmin turnirdə iştirak etmək üçün Ermənistana səfər edəcək.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Ermənistana gedəcək heyətin tərkibi barədə də məlumat verib: “Heyətin tərkibi 6 idmançı, 1 məşqçi və 1 nümayəndədən ibarətdir. Bu məqamda Avropa Çempionatında bizim idamançılarımızın iştirak etməsi çox önəmlidir. Çünki Avropa Oxatma Federasiyası bizə şərt irəli sürüb ki, Azərbaycan bu çempionatda iştirak etməlidir ki, gələn il Bakıda keçiriləcək Avropa oyunlarında iştirak etmək hüququ qazansın. Eyni zamanda, gələn il ölkəmizə gələcək olan idmançıların da bu çemopionatda iştirakı vacibdir. Ermənistan tərəfi təhlükəsizlik məslələrini öz üzərinə götürüb və qeyd edilib ki, iştirakçıların təhlükəsizliyi tam təmin olunacaq”.

Xatırladaq ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovdur.