AZAL-dan oğurluq

06

“Azərbaycan Hava Yolları” QSC-nə məxsus avtomobil oğurlanıb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cəmiyyətə məxsus “VAZ-2106” markalı avtomobil oğurlanıb.

Məlumat daxil olan kimi polis əməliyyata başlayıb. Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Azərbaycan Hava Yolları” QSC-nə məxsus “VAZ-2106” markalı avtomobili qaçıran şəxsin kimliyi məlum olub.

Oğurluqda günahkar bilinən Bülbülə qəsəbə sakini Namiq Həşimov tutulub.

Faktla bağlı araşdırma aparılır.