AZAL yeni reys açır

 

8

Azərbaycan Hava Yolları” QSC (AZAL) bu iyulun 4-dən Bakı-Krasnoyarsk-Bakı istiqamətində müntəzəm uçuşların icrasına başlayacaq.

Xalq.az-ın AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, aviareyslər cümə günləri həyata keçiriləcək.

Təyyarələr Bakıdan saat 05:45-də, Krasnoyarskdan isə 15:45-də (yerli vaxtla) havaya qalxacaq. Uçuşlar müasir və komfortlu “Boeing” tipli hava gəmiləri ilə həyata keçiriləcək.
Aviaşirkətin məlumatına görə, hər iki istiqamətə biletin dəyəri 540 manatı ötür.