Azay Quliyev konfransda iştirak edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev sentyabrın 10-da Özbəkistana səfər edəcək.

 

XALQ.AZ xəbər verir ki,Milli Məclis Aparatından  verilən məlumata görə, burada, ölkənin paytaxtı Daşkənd şəhərində o, BMT-nin xətti ilə keçiriləcək “Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu” mövzusunda konfransda iştirak edəcək.

Tədbirdə Azay Quliyev ATƏT PA-nın Mərkəzi Asiya və Əfqanıstanla bağlı siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, region ölkələri arasında əməkdaşlığın və dialoqun gücləndirilməsi işində parlament diplomatiyasının rolu və perspektivi haqqında məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində ATƏT PA ilə Özbəkistan arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün parlamentin rəhbərliyi ilə görüş də nəzərdə tutulub.

Səfər sentyabrın 13-də başa çatacaq.

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.