Heydər Əliyev ölkəmizin inkişafı istiqamətində cəsarətli qərarlar qəbul edib

“Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında misilsiz xidmtləri olan dahi şəxsiyyət idi”.

Bunu    Milli Məclisin  deputat İqbal Məmmədov deyib.

 

Deputat qeyd edib ki, Heydər Əliyev öz həyatını doğma xalqına həsr edən uzaqgörən liderdir:

“Ulu öndər Heydər Əliyev ən çətin dövrdə belə dövlətinə sədaqətlə xidmət edib. Heç düşünmədən öz həyatını təhlükəyə ataraq xalqın istəyi ilə ölkəyə qayıdan ümumilli lider Heydər Əliyev dövlətimizin müstəqilliyin bərqərar olmasını təmin etdi. Müstəqilliyin ilk illəri həqiqətən çox ağır olsa da Heydər Əliyev bütün çətinliklərə baxmayaraq xalqın dəstəyi ilə Azərbaycanı inamla irəliyə apardı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə bütün sahələrin inkişafı üçün lazım olan addımları atdı və xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Heydər Əliyev ölkəmizin inkişafı istiqamətində qəbul etdiyi cəsarətli qərarlarla o, özünün ümummilli lider obrazını bütün mərhələlərdə qoruyub”.

Deputat söyləyib ki,ümumilli lider Heydər Əliyev sözünün çəkisi olan və xalqı arxasınca aparmağı bacaran dövlət başçısı idi:

“Ulu Öndər Heydər Əliyev Azərbaycan ordusunun nə vaxtsa ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə inanırdı. Bunun üçün də Heydər Əliyev güclü Azərbaycan ordusunun formalaşması istiqamətində lazım olan bütün addımları atdı.

Ulu öndər bu sahədə başladığı uğurlu siyasət bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Atasının arzusunu uğurla reallaşdıran Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı işğaldan azad edərək, bugünkü möhtəşəm zəfərə nail oldu. İnanıram ki, bundan sonra da ölkəmiz cənab prezident İlham Əliyevlə bir sıra uğurlara və zəfərlərə imza atacaq”.