AzEdu.az təhsil portalının 1 yaşı tamam oldu

Bu gün Azərbaycanda təhsil sahəsi üzrə ixtisaslaşmış AzEdu.az portalının 1 yaşı tamam olub.

XALQ.AZ xəbər verir ki, AzEdu.az təhsil portalı 2018-ci il mart ayının 1-dən fəaliyyətə başlayıb.

AzEdu.az Təhsil Portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hadisələri jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq Azərbaycan dilində operativ çatdırır. Elm-təhsil sahəsindəki problem və perspektivləri özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmaları da oxuculara təqdim edir.

Həmkarlarımızı təbrik edirik.

 

Orxan