Qənirə Paşayeva Şri-Lankada beynəlxalq qadın konfransında

Azərbaycanın fəal qadınları Şri-Lankada beynəlxalq qadın konfransında Azərbaycan həqiqətləri barədə geniş məlumatlar veriblər.

Millət vəkili, siyasi elmlər doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları -İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimləri – professor, tarix elmləri doktoru İradə Hüseynova,  dosent, iqtisadiyyat üzrə fəlsəfə doktoru Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının təmsilçisi Sevda Nəcəfova , Fitoterapevtlər cəmiyyətinin sədri,  tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, iş qadınları Yeganə Malkoç, Naibə Abdullayeva, Ramilə Şirinova, Pərvanə Mustafayeva, fəal qadınlar Yeganə Əliyeva, Cəmilə İsmayılova Nigar Qələndərova Şri-Lankanın paytaxtı Kolombo şəhərində keçirilən “Qadınların gələcəyi 2019” adlı 2-ci beynəlxalq konfransda iştirak ediblər, müzakirələr zamanı təkliflərlə çıxış ediblər. Dünyanın 20-dən artıq ölkəsindən çox sayda fəal  qadınların qatıldığı beynəlxalq konfransda qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparılıb, konkret təkliflərlə çıxış ediblər. Millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri beynəlxalq konfransda  müzakirələr zamanı təkliflərlə çıxış ediblər və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıblar, əksər dünya ölkələrindən də əvvəl  Azərbaycanda qadınlara seçib-seçilmək hüququnün 1918-ci ildə verildiyini diqqətə çatdırıblar,   Qarabağ həqiqətləri ilə bağlı məlumatlar veriblər. Millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri bildiriblər ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri vurğulayıblar ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıblar. Q.Paşayeva və nümayəndə heyətinin üzvləri görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat veriblər. Millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri Azərbaycanda qadınların cəmiyyətdə rolu ilə barədə də danışıblar  və fikir mübadiləsi olub. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyiblər. Azərbaycanın böyük maarifçi qadınları barədə məlumatlar verməklə yanaşı bu gün ölkəmizdə qadınların bütün sahələrdə artan rolu barədə də görüşlərr zamanı geniş məlumatlar təqdim ediblər. Azərbaycanın qərblə şərq, qərblə müsəlman dünyası arasında önəmli bir körpü olduğunu və mədəniyyətlərarası dialoq sahəsində gördüyü böyük işlər, əldə edilən uğurlar və bu sahədə ölkəmizdə olan örnək vəziyyət barədə də geniş məlumatlar verən millət vəkili Q.Paşayeva və nümayəndə heyətinin üzvləri dünyanını müxtəlif bölgələrindən gəlmiş tanınmış qadınları ölkəmizə dəvət ediblər. Konfrans çərçivəsində tədbirin təşkilatçılarından olan Bilgilərin idarəetməsi üzrə beynəlxalq institutun həmtəsisçisi və icraçı direktoru İsanka P.Gamage ilə görüş də keçirilib, qadınlarla bağlı bu cür beynəlxalq konfransın əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb və ona Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətlərinə dair materiallar təqdim edilib və ölkəmizə dəvət edilib.